Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada 2 illik ipoteka (mənzil) kreditləri üzrə faizlər artıb.
Banco.az xəbər verir ki, maliyyə məlumat təminatçısı “Moneyfacts” tərəfindən edilən açıqlamada ölkədə orta hesabla 2 illik sabit mənzil kreditinin 6,63 faizə yüksəldiyi bildirilib.
Ötən ilin oktyabr ayında hökumət büdcəsində yaşanan böhran səbəbindən ölkədə orta hesabla 2 illik sabit ipoteka krediti faiz dərəcəsi 6,65 faiz olaraq qeydə alınmışdı.
Mütəxəssislər qeyd edirlər ki, faiz dərəcələrinin artması mənzil satışlarına təzyiq göstərir.
Bununla yanaşı, ötən il ölkədə 5 illik sabit ipoteka krediti üzrə orta faiz dərəcəsi isə 3 faiz ətrafında olub.
Xatırladaq ki, İngiltərə Bankı (BoE) ötən ay uçot dərəcəsini 50 baza bəndi artıraraq 4,50 faizdən 5 faizə qaldırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
