İngiltərə yeni 10 funtluq əsginası təqdim edib | Banco.az

İngiltərə yeni 10 funtluq əsginası təqdim edib

İngiltərə Mərkəzi Bankı (BoE) rəsmi saytında üzərində yazıçı Ceyn Ostinin şəkili olan yeni 10 funt sterlinq nominallı əsginasın təqdimatını keçirib. "Report" xəbər verir ki, yeni əsginas yazıçının vəfatının 200 illiyinə həsr edilib. Qeyd edək ki, C.Ostin məşhur "Qürur və qərəz" əsərinin müəllifidir.

BoE bildirib ki, bu taktil xüsusiyyətləri olan (görmə qabiliyyəti olmayan və ya şox zəif olanlar üçün) çap edilən ilk əsginasdır. O, polimer materialdan hazırlanıb və yüksək qoruma qabiliyyəti ilə yanaşı uzun müddət xidmətetmə xüsusiyyətinə malikdir. Yeni əsginasların sentyabrın 14-də dövriyyəyə buraxılacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, daha əvvəl BoE Uinston Çörçilin şəkili olan 5 funt sterlinq nominallı polimer materialdan əsginas buraxıb. 2020-ci ildə isə rəssam Cozef Mellord Uilyam Törnerin rəsmi olan 20 funtluq əsginasın çap edilməsi planlaşdırılır. 

Ən sərfəli krediti almaq üçün müraciət et