İngiltərə vergi güzəştinə görə məhkəməyə verilib | Banco.az

İngiltərə vergi güzəştinə görə məhkəməyə verilib

Avropa İttifaqı (Aİ) Komissiyası spesifik əmtəə bazarları üçün İngiltərənin Aİ-də tətbiq olunan ƏDV qanunvericiliyinə əməl etmədiyini səbəb göstərərək İngiltərəyə qarşı Aİ-nin Ədalət Məhkəməsində iddia qaldırdığını açıqlayıb.

Açıqlamada İngiltərənin 1977-ci ildə müəyyənləşdirilmiş "istisnadan" sonra əmtəə bazarlarında reallaşdırılan bəzi əməliyyatları əlavə dəyər vergisindən azad etdiyi xatırladılıb.

Ən sərfəli kredit üçün müraciət et

Aİ qanunlarına əsasən, İngiltərə üçün müəyyənləşdirilmiş istisnanın əhatə dairəsi genişləndirilməməli idi. Aİ Komissiyasının açıqlamasında İngiltərənin tətbiq etdiyi vergi azadolmasının əhatə dairəsinin genişləndirildiyi və bunun digər üzv ölkələrin maliyyə bazarları ilə ədalətsiz rəqabətə şərait yaratdığı qeyd olunub.

Vergiler.az