İngiltərə üçün gözləniləndən daha dərin tənəzzül proqnozlaşdırılıb | Banco.az

İngiltərə üçün gözləniləndən daha dərin tənəzzül proqnozlaşdırılıb

Tamara Mustafayeva, Banco.az

"Goldman Sachs" Britaniya iqtisadiyyatının 2023-ci il üzrə daralma proqnozunu 0,4%-dən 1%-ə qaldırıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın transmilli investisiya bankı "Goldman Sachs"in bazar günü dərc etdiyi analitikasına görə, Böyük Britaniyanın gələn il daha əvvəl proqnozlaşdırılandan daha dərin tənəzzülə girəcəyi, faiz dərəcələri və inflyasiyanın gözləniləndən daha aşağı olacağı təxmin edilir.

Qeyd edək ki, inflyasiya proqnozu isə 3,3 faizdən 3,1 faizə endirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram