İngiltərə "qırmızı siyahı"ya yeni ölkələr əlavə etdi | Banco.az

İngiltərə "qırmızı siyahı"ya yeni ölkələr əlavə etdi

Tamara Mustafayeva, Banco.az

İngiltərə hökuməti pandemiya tədbirləri çərçivəsində tətbiq edilən beynəlxalq səyahət koridorlarını bu gün yeniləyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İngiltərə koronavirus pandemiyası səbəbilə tətbiq etdiyi səyahət məhdudiyyətləri çərçivəsində Dominikan Respublikası, Eritreya, Haiti, Küveyt, Mongolustan, Tunis və Ugandanı "qırmızı siyahı"ya əlavə edib.

Qeyd edək ki, sözügedən siyahıya daxil olan ölkələrə səfər edənlər geri qayıdarkən 10 gün ərzində xərcləri özləri qarşılamaqla oteldə karantində qalmalıdırlar ki, bu məbləğin 1750 funt sterlinq olduğu qeyd edilir. 

Bununla yanaşı, İngiltərə Malta və Barbados da daxil olmaqla əksər ada ölkələrini, ümumilikdə isə 16 müxtəlif ölkəni "yaşıl siyahı"ya əlavə edib. İsrail isə bu siyahıya əlavə edilmək üzrə araşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram