İngiltərə Mərkəzi Bankı II Elizabetin təsviri olan əsginaslarla bağlı açıqlama verdi | Banco.az

İngiltərə Mərkəzi Bankı II Elizabetin təsviri olan əsginaslarla bağlı açıqlama verdi

Tamara Mustafayeva, Banco.az

İngiltərə Bankı (BoE) Kraliça II Elizabetin ölümü ilə bağlı yazılı bəyanat verib.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, bəyanatda BoE sədri Endryu Beylinin aşağıdakı sözləri qeyd olunub:

"Əlahəzrətin vəfatını dərin hüznlə öyrəndim. Bankın hər bir nümayəndəsi adından kral ailəsinə dərin hüznlə başsağlığı verirəm. Çoxumuz üçün o, indiyə qədər gördüyümüz yeganə dövlət başçısı idi. Kraliça ölkəmiz və Millətlər Birliyi üçün ruhlandırıcı şəxsiyyət kimi yadda qalacaq.

BoE əsginaslarında təsviri olan ilk monarx kimi Kraliçanın simvolik portretləri həyata keçirdiyimiz ən vacib işlərdən biridir. Kraliçanın şəkli olan mövcud əsginaslar qanuni ödəniş vasitəsi olaraq qalmağa davam edəcək. Matəm günlərindən sonra isə sözügedən əsginaslarla bağlı növbəti bəyanat veriləcək."

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Böyük Britaniyada əsrlər boyu sikkələrin üzərində monarxların təsvirinə yer verilsə də, 1960-cı ildə Kraliça II Elizabet portreti kağız əsginaslarda istifadə edilən ilk monarx olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et