İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Bankı (mərkəzi bank) uçot dərəcəsini gözləntilərə uyğun olaraq 25 baza bəndi artırıb.

Banco.az xəbər verir ki, mərkəzi bank uçot dərəcəsini 25 baza bəndi artıraraq 4,50 faizə çatdırıb. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların da proqnozu məhz bu istiqamətdə idi.

Qərar iki əleyhinə, 7 lehinə səs çoxluğu ilə  qəbul edilib. İki üzv İngiltərə Bankının siyasət faizini 4,25% səviyyəsində saxlamasına səs verib.

Faiz qərarının mətnində İngiltərə iqtisadiyyatının tənəzzüldən yayına biləcəyinə dair inam əks olunub.

Qeyd edək ki, uçot dərəcəsini 2008-ci ildən bəri müşahidə olunan ən yüksək səviyyəyə qaldıran mərkəzi bank inflyasiya təzyiqləri davam edəcəyi təqdirdə əlavə artımlara ehtiyac ola biləcəyini də vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et