İngiltərə Mərkəzi Bankı faiz qərarı ilə təəccübləndirməyib | Banco.az

İngiltərə Mərkəzi Bankı faiz qərarı ilə təəccübləndirməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Bankı (BoE) faiz qərarını açıqlayıb.

Banco.az xəbər verir ki, mərkəzi bank proqnozlara uyğun olaraq faiz dərəcəsini 50 baza bəndi artırsa da, daha çox artımın reallaşa biləcəyinə işarə edib.

50 baza bəndi artımla uçot dərəcəsi 4 faizə çatdırılıb.

Qeyd edək ki, qərarın mətnində inflyasiya riskinin əsaslı dərəcədə yüksək olduğu vurğulanıb. Bu da, özlüyündə monetar siyasətin daha da sərtləşdirilməsini tələb edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et