İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini aşağı salıb | Banco.az

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini aşağı salıb.

Banco.az xəbər verir ki, İngiltərə Bankı (BoE) proqnozlara uyğun olaraq uçot dərəcəsini 5,0 faizə endirib.

İngiltərə Bankı (BoE) faiz dərəcəsini 25 baza bəndi azaldaraq 5,0 faizə endirib.

Mərkəzi bankın bəyanatına görə, Pul Siyasəti Komitəsinin (MPC) iclasında BoE Qubernatoru Endryu Beyli də daxil olmaqla 5 üzv uçot dərəcəsini 25 baza bəndi azaltmağa səs verib, 4 üzv isə sabit qalması üçün səs verib.

Qeyd edək ki, İngiltərə Bankı 2020-ci ilin əvvəlindən bəri ilk dəfə faiz dərəcələrini aşağı salaraq gələcəkdə daha ehtiyatlı endirimlər edəcəyinə işarə edib. Digər tərəfdən, faiz dərəcələrinin harada sabitlənəcəyi və ya azalmaların sürəti ilə bağlı heç bir açıqlama verilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, iyun ayında Britaniyada illik inflyasiya 2 faiz olub və may ayı ilə müqayisədə dəyişməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram