Müəllif - Aida İsaq, Banco.az
İngiltərə mağazalarında qiymət artımları aprel ayında pik həddə çatıb.
Banco.az xəbər verir ki, bu barədə “NielsenIQ” və Britaniya Pərakəndə Satış Konsorsiumu tərəfindən tərtib edilən məlumatlarda qeyd olunub. Belə ki, martda 8,9 faiz bahalaşan qiymətlər, 1-7 aprel dövründə 8,8 faiz artım nümayiş etdirib. Qiymət artımı 3 aylıq orta göstəricidən 8,7 faiz yüksək olub. Martda 5,9 faiz olan qeyri-ərzaq inflyasiyası apreldə 5,5 faizə enib.
Ərzaq inflyasiyası mart ayındaki 15 faizlik səviyyədən apreldə 15,7 faizə qədər sürətlənərək 3 aylıq ortalama 15,1 faiz səviyyəsini keçib.
Bizi sosial şəbəkələrdən izləyin!!