Tamara Mustafayeva, Banco.az
İngiltərə kral ailəsinin qarajında saxlanılan 2013 model Bentley Mulsanne avtomobili 180 min funt sterlinqə (təqribən 249 min dollar) satılıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, İngiltərə kraliçası II Elizabeti 2 il ərzində Bukingem sarayından gedəcəyi tədbirlərə aparan yaşıl rəngli avtomobilin bu vaxta qədər 10 min kilometr yol qət etdiyi və satışa çıxarıldıqdan günlər sonra alıcı tapdığı bildirilib.
Bazardakı eyni model avtomobillərin daha yüksək qiymətə alıcı tapdığı da qeyd edilib.
Xatırladaq ki, kraliça Elizabet satışa çıxardığı Bentley-in eyni modelini 2016-cı ildə 200 min funt sterlinqə satmışdı.
Onu da qeyd edək ki, adətən ingilis istehsalçılarının buraxdığı avtomobillərə üstünlük verən kral ailəsinin qarajında hazırda Rolls-Royce, Land Rover, Aston Martin və Bentley kimi avtomobillər var.
Bizi sosial şəbəkələrdən izləyin!!