İngiltərə iqtisadiyyatı 2-ci rübdə gözlənilmədən böyüyüb | Banco.az

İngiltərə iqtisadiyyatı 2-ci rübdə gözlənilmədən böyüyüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniya iqtisadiyyatı ilin ikinci rübündə 0,2 faiz artım göstərib.

Banco.az xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsinin (ONS) açıqladığı rəsmi məlumatlara görə, apreldə 0,2 faiz, mayda 0,1 faiz qeydə alınan artım iyunda 0,5 faizə yüksəlib.

Sözügedən dövrdə istehsalda artım 1,8 faiz olduğu halda, tikinti sektorunda 1,6 faiz, xidmətlər sektorunda isə 0,2 faiz hesablanıb.

Aprel-iyun aylarını əhatə edən ilin ikinci rübündə isə Britaniya iqtisadiyyatı 0,2 faiz artıb. İqtisadçılar iqtisadiyyatın bu dövrdə artım göstərməyəcəyini düşünürdülər.

Qeyd edək ki, ilin ikinci rübündə xidmətlər sektorunda artım 0,1 faiz, istehsal sektorunda isə 0,7 faiz təşkil edib.

Xatırladaq ki, cari birinci rübündə iqtisadi artım 0,1 faiz, ötən ilin ikinci rübündə də 0,1 faiz müəyyən edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram