İngiltərə "Breksit"dən sonra karbon vergisi yığmalı olacaq | Banco.az

İngiltərə "Breksit"dən sonra karbon vergisi yığmalı olacaq

Avropa İttifaqından (Aİ) ayrıldıqdan sonra Avropa Emissiya Ticarət Sistemindən (ETS) də çıxacaq İngiltərə Aİ ilə hər hansı razılıq əldə edə bilməsə, karbon dioksid vergisini toplamalı olacaq. Avropada atmosferə ən çox istixana qazı emissiya edən ölkələr arasında ikinci yeri tutan İngiltərə ETS-nin ən böyük müştərisidir. Emal, Enerji və Sənaye Strategiyası Naziriliyi ETS ilə saziş olmaması ssenarisinə hazır olmaları üçün fabrik-zavodlara və enerji istehsalı müəssisələrinə xəbərdarlıq göndərib. Əgər İngiltərə Aİ-dən razılıq ilə ayrılsa, emissiyalarla bağlı əvvəlcədən ETS ilə imzalanmış saziş 2020-ci ilin sonuna qədər qüvvədə qalacaq.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et