İngiltərə Bankını çökdürən insan – Corc Soros | Banco.az

İngiltərə Bankını çökdürən insan – Corc Soros

Corc Soros — Amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal və filantropdur.

"Açıq cəmiyyət" nəzəriyyəsinin tanınmış təmsilçisi, eyni adlı institutun qurucusu və bazar fundamentalizmi nəzəriyyəsinin düşmənidir. Fəaliyyəti bir sıra ölkələrdə birmənalı qarşılanmır. Maliyyə möhtəkiri kimi də ad çıxaran Corcun ləqəbi "İngiltərə bankını dağıdan şəxs"dir.Corc Soros — Amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal və filantropdur.

"Açıq cəmiyyət" nəzəriyyəsinin tanınmış təmsilçisi, eyni adlı institutun qurucusu və bazar fundamentalizmi nəzəriyyəsinin düşmənidir. Fəaliyyəti bir sıra ölkələrdə birmənalı qarşılanmır. Maliyyə möhtəkiri kimi də ad çıxaran Corcun ləqəbi "İngiltərə bankını dağıdan şəxs"dir.

C.Sorosun elmə, xüsusilə də fəlsəfəyə böyük marağı olsa da o başa düşür ki, fəlsəfi ideya və nəzəriyyələrlə pul qazana bilməyəcək. O, investorlarla necə davranmağın yollarını araşdırmağa başlayır.

1953-cü ildə Corc "Sinqer və Fridlander" kampaniyasında işə qəbul edilir. Onun iş yerinin yaxınlığında isə London birjası yerləşirdi.
1956-cı ildə Corc atasının ABŞ-da olan londonlu dostu Mayerin dəvətini qəbul edərək, Birləşmiş Ştatlara yollanır. 1956-59-cu illərdə Mayer Uoll Stritdə bir o qədər də böyük olmayan broker firmasının sahibi idi. Corcun ABŞ karyerası beynəlxalq arbitrajla, yəni, qiymətli kağızların bir ölkədə alınaraq, digər ölkəyə satılması ilə başlayır. Bir müddət sonra Soros ticarətdə yeni metod icad edir və onu "daxili arbitraj" adlandırır. 1959-63-cü illərdə C.Soros "Vertheym" kompaniyasında ekspert işləyir.

1963-cü ildən 73-cü ilə qədər C.Soros "Arnold və Bleykroder" şirkətində vitse-prezident postunu icra edir. 1967-ci ildə isə o, işlədiyi şirkəti Ofşor İnvestisiya Fondu yaratmağa razı sala bilir.

1969-cu ildə Soros "Dabl İql" fondunun sədri və sahibinə çevrilir. Corc 1970-ci ildə Cim Rocerslə birlikdə məşhur "Kvant Qrupu"nu yaradır. C.Rocers 1980-ci ildə fonddan ayrılır.

Qiymətli kağızlar əməliyyatları "Kvant Qrupu"nun gəlirlərini 10 milyard dollara qədər artırır.
Corcun sözlərinə görə, onun əsas məqsədi 5 il ərzində 500 min dollar qazandıqdan sonra yazıçı olmaq və fəlsəfə ilə məşğul olaraq, filosofa çevrilmək idi.

1980-ci ildə Soros Yeni Sosial Araşdırmalar Məktəbinin və Oksford Universitetinin fəxri doktoru elan edilir. 1991-ci ildə Budapeşt Korvinus Universitetinin və Yel Universitetinin fəxri doktoru ünvanına layiq görülən Soros 1995-ci ildə isə Bolonya Universitetinin ən yüksək şərəf ordeni ilə təltif edilir. Bu, onun aldığı fəxri doktorluqlardan yalnız bir neçəsidir.

1987-ci ildə "Maliyyənin əl-kimyası" adlı, 1998-ci ildə isə "Qlobal kapitalizmin böhranı" adlı kitabları qələmə alır. 2008-ci ildə C.Sorosun "Maliyyə bazarlarında yeni paradiqmalar" adlı kitabı işıq üzü görür. O, bu üç kitabında qlobal böhranı qabaqcadan proqnozlaşdırır. Kitabda son 25 ildə Qərb iqtisadiyyatının dağılmağa üz tutma səbəbləri araşdırılır. Bu, onun sözügedən mövzuya dair qələmə aldığı üçüncü kitab idi. C.Soros biznes dünyası sahəsindəki uğurlarını proqnozların səhv qoyulduğunu görə bilməsi ilə əlaqələndirir.

"Mən yalnız ona görə varlı ola bildim ki, hər dəfə səhv hərəkət etdiyimi başa düşürdüm. Ona görə davam gətirə bildim ki, öz səhvlərimi başa düşür və etiraf edirdim. Tez-tez səhv etmək xoşagələn deyildir. Siz səhv olduğunuz zaman həmişə mübarizə aparmalı və uçmalısınız. Mən qərar verdiyim zaman acı çəkməkdən xilas oluram" – deyə Soros kitablarında qeyd edir. Qlobal maliyyə böhranının baş verəcəyini qabaqcadan proqnozlaşdıran Soros problemin yaxın zamanlarda öz həllini tapa bilməyəcəyini deyir.

Ən sərfəli kredit üçün müraciət et

1988-ci ildə Soros SSRİ-də "Mədəni təşəbbüs" adlı fond yaradır ki, bu fond vasitəsilə elm, mədəniyyət və təhsil sahələrinə maliyyə yardımı ayrılır. Ancaq daha sonra vəsaitin konkret şəxslərin cibinə getməsi ucbatından fondun fəaliyyətinə xitam verilir.

1992-ci il sentyabr ayının 16-sı İngiltərə tarixində "Qara çərşənbə" kimi yadda qalır. Sorosun keçirdiyi maliyyə əməliyyatları nəticəsində İngiltərənin pul vahidi funt-sterlinqin dəyəri birdən-birə 12 % aşağı düşür ki, bu da Sorosun bir gecədə 1,1 milyard dollardan çox vəsait qazanmasına səbəb olur. Bundan sonra tanınmış iş adamını "İngiltərə bankını dağıdan şəxs" adlandırmağa başlayırlar. Soros özü isə həmin çərşənbəni "Ağ çərşənbə" adlandırır.

1995-ci ildə Rusiyada Açıq Cəmiyyət Fondu yaradılması barədə qərar qəbul edilir. 1996-cı ildən 2001-ci ilə qədər "Rusiya universitetlərin internet mərkəzləri layihəsi"nə 100 milyon dollar vəsait ayrılır. Bunun da nəticəsində Rusiya ərazisində 33 internet mərkəz açılır.

2003-cü ilin sonunda Soros rəsmi şəkildə Rusiya ərazisində öz xeyriyyə fəaliyyətini dayandırır. 2004-cü ildə isə Açıq Cəmiyyət İnstitutu qrant ayırmağı dayandırır.

1997-ci ildə Asiyada baş verən maliyyə böhranı zamanı Malayziyanın Baş naziri Mahathir ibn Məhəmməd ASEAN təşkilatını Myanmarı qurumuna üzv qəbul etdiyinə görə Sorosun cəzalandırılmasını tələb edir.
2006-cı ildə Soros xarakteristik demokratiyanın bərqərar olması layihələrinə verdiyi maliyyə yardımını azaldaraq, Afrika ölkələrində kasıblıqla mübarizəyə daha çox vəsait ayırır.

2007-ci ildə Soros Rusiya universitetlərinin internet infrastrunun formalaşdırılmasına və ölkədə internet mərkəzlərinin yaradılmasına 100 milyon dollar vəsait sərf edir. O, ABŞ-da bir sıra layihələrə 740 milyon dollardan çox vəsait xərcləyir ki, bunu da böyük əksəriyyətini təhsil sahəsinə ayrılan qrantlar təşkil edirdi.

2008-ci ildə isə Soros İtaliyanın Roma futbol klubunu almağa çalışsa da klubu ona satmırlar. Bu zaman o, artıq ABŞ-da bir sıra idman qurumlarının sponsoru və sahibi idi. 70-ci illərdən sonra Corc fəal filantropa çevrilir. Tanınmış bizmesmen möhtəkir Keyp-Taun universitetinin qaradərili tələbələrinə sponsorluq edir.

Onun xeyriyyə qurumları yaratmaqdakı məqsədlərindən biri də post-sovet məkanında zorakılığa yol vermədən demokratiyanı effektli şəkildə təmin etmək idi. Həmçinin, Soros anoloji Mərkəzi və Şərqi Avropa ölkələrində gedən demokratik islahatlara müdaxilə edirdi. C.Soros bu ölkələrdə qurucusu olduğu Açıq Cəmiyyət İnstitututunun filiallarını açır.

Corc Sorosun sərvəti 7,2 milyard dollar qiymətləndirilir. Corc Soros xeyriyyə işlərinə 5 milyarddan çox vəsait sərf edir. Onun Rusiyada xeyriyyə işlərinə qoyduğu vəsait 1 milyard dollar təşkil edir. Soros maliyyə bazarlarında bütün fırıldaqlarını "Kvant" fond şirkəti ilə həyata keçirir. Bu kampaniya Karib hövzəsində yerləşən Kurasao adasındakı hollandlardan birinin adına qeydiyyatdadır. Bu, Soros qrupunun nəzarət etdiyi ən böyük fonddur. Sorosun maliyyə sahəsindəki uğurları iki cür izah olunur: İlk versiyaya görə o, bunu maliyyə bazarlarının gedişatına borcludur. Başqa versiyaya görə, o, dünyanın müxtəlif ölkələrinin yüksək səviyyəli siyasi, maliyyə və araşdırma qruplarının rəhbərlərindən aldığı məlumatlarla bank əməliyyatlarını həyata keçirir. Digər tərəfdən, Sorosun "nayomnıy menecer" da olduğu iddia edilir. İddia edildiyinə görə, beynəlxalq maliyyə bazarlarına nəzarət edən, ancaq kölgədə qalmaq istəyən qruplaşmalar öz planlarını Sorosun əli ilə həyata keçirirlər. Bu qruplaşmalar İngiltərədə, İsveçrədə və ABŞ-da fəaliyyət göstərir. Belə qruplaşmalardan birinin Amerikanın məşhur Rotşildlər ailəsi olduğu güman edilir.

Mənbə: vikipedia

Ən sərfəli krediti almaq üçün müraciət et