İngiltərə Bankı uçot dərəcəsini sabit saxlayıb | Banco.az

İngiltərə Bankı uçot dərəcəsini sabit saxlayıb

İngiltərə Bankı (Mərkəzi Bankı) monetar siyasətin əsas parametrlərini olduğu kimi saxlamağa qərar verib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, qurum uçot dərəcəsinin indiki 0,25% saxlanılması barədə qərar qəbul edib, eləcə də bazardan 435 mlrd. funt-sterlinqlik aktivlərin alınmasını təsdiqləyib.

İngiltərə Bankının qərarı analitiklərin gözləntiləri ilə tam şəkildə üst-üstə düşüb.