İngiltərə bankı inflyasiya ilə bağlı xəbərdarlıq etdi | Banco.az

İngiltərə bankı inflyasiya ilə bağlı xəbərdarlıq etdi

Müəllif - Aida İsaq, Banco.az

Rusiyaya qarşı enerji qiymətlərinə tətbiq olunan limit həddi digər sektorlarda da inflyasiyanın artmasına səbəb ola bilər. 

Banco.az xəbər verir ki, bunu İngiltərə Bankının pul siyasəti komitəsinin üzvü Ketrin Mann deyib. Onun sözlərinə görə, neft və qaz üçün marjinal qiymətlərin müəyyən edilməsi xərclərin istehlak səbətinin qalan hissəsinə yönəldilməsinə imkan verəcək. Ekspert bu cür inflyasiyanın əmtəə qiymətlərinin artması ilə yaranan inflyasiyadan daha təhlükəli olduğunu qeyd edib. Eyni zamanda, o, məhdudiyyətlərin aradan qaldırılacağı təqdirdə qiymətlərin və inflyasiyanın hansı səviyyədə olması ilə bağlı konkret fikir bildirməyin çətin olduğunu vurğulayıb.

Qeyd edək ki, İngiltərə Bankı 40 ilin qeydə alınan ən yüksək 11,1% inflyasiya səviyyəsindən sonra 2021-ci ilin dekabrından bəri faiz dərəcələrini doqquz dəfə artırıb. 

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram