İngiltərə Bankı faiz dərəcələrini dəyişməyərək mövqeyini qoruyub | Banco.az

İngiltərə Bankı faiz dərəcələrini dəyişməyərək mövqeyini qoruyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Bankı faiz dərəcələrini dəyişməyərək mövqeyini qoruyub saxlayıb.

Banco.az xəbər verir ki, İngiltərə Mərkəzi Bankı iyun ayı iclasında əsas faiz dərəcəsini gözlənildiyi kimi dəyişməyərək 3,75 faiz səviyyəsində saxlayıb. Qərar 7-yə qarşı 2 səs çoxluğu ilə qəbul edilib.

Bank inflyasiya ilə bağlı zərurət yarandığı təqdirdə tədbir görməyə hazır olduğunu vurğulayıb. Açıqlamada neft qiymətlərində son dövrdə müşahidə olunan azalmanın “müsbət siqnal” olduğu bildirilib.

Pul siyasəti komitəsinin iki üzvü qiymətlər üzrə qeyri-sabit mənzərə və inflyasiyanın davamlılığı ilə bağlı narahatlıqlar səbəbindən faiz dərəcəsinin dərhal 0,25 faiz bəndi artırılmasının lehinə səs verib.

Komitə gələcək siyasət istiqaməti ilə bağlı mövqeyini dəyişməsə də, inflyasiyanın ilin dördüncü rübündə zirvəyə çatacağına dair proqnozunu aşağı salıb. Belə ki, aprel ayında 3,6 faiz olaraq qiymətləndirilən göstərici 3,25 faizə endirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram