İngilislər Ford Mustang-ı elektromobilə çevirdilər | Banco.az

İngilislər Ford Mustang-ı elektromobilə çevirdilər

Elektriklə çalışan “Ford Mustang”, Qudvuddakı sürət festivalında iştirak edəcək.

1960-cı illərin kuzovuna malik klassik “Ford Mustang” elektrokarı - Britaniyanın "Charge Cars" startap şirkətinin layihəsidir. "Mustang" elektromobili haqqında ilk məlumat keçən ilin payızında ortaya çıxıb. Real avtomobili iyulun əvvəlində Qudvudda sürət festivalı çərçivəsində keçiriləcək “Michelin Supercar Paddock” avtomobil sərgisində görmək mümkün olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Elektrokar üçün əsas, Amerika markası tərəfindən lisenziyalaşdırılmış 1960-cı illərin Ford Mustang kuzovu oldu. Komponentləri “Arrival” şirkətinə məxsusdur. “Charge Cars” ustaları avtomobilin unikallığını xüsusi radiator barmaqlıq, “Michelin Pilot Sport Cup 2” şinləri ilə təkər diskləri, qızılı superportlar və yeni işıqlandırma qurğuları ilə təmin ediblər. Salonda böyük sensor displey quraşdırılıb.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et