İngilis neft nəhənginin mənfəəti əsaslı dərəcədə azalıb | Banco.az

İngilis neft nəhənginin mənfəəti əsaslı dərəcədə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“BP” şirkətinin ikinci rüb üzrə mənfəəti 70 faiz azalıb.

Banco.az xəbər verir ki, ingilis neft şirkəti “BP” tərəfindən açıqlanan rüblük nəticələrə görə, qalıq yanacaq qiymətlərinin aşağı düşməsi, neft ticarətinin zəifləməsi, aşağı emal marjası və təmir-bərpa işləri şirkətin mənfəətinə birbaşa təsir göstərib.

Belə ki, şirkətin ilin ikinci rübü üzrə mənfəəti ötən ilin eyni dövründə əldə edilən 8,5 milyard dollarla müqayisədə 70 faiz azalaraq 2,6 milyard dollara düşüb. Ekspertlər bu dövrdə 3,5 milyard dollar mənfəət gözləyirdilər.

Xatırladaq ki, “BP”nin cari ilin birinci rübündə mənfəəti isə təxminən 5 milyard dollar təşkil edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram