İngilis futbol klubu ərəblərə satıldı - MƏBLƏĞ | Banco.az

İngilis futbol klubu ərəblərə satıldı - MƏBLƏĞ

Tamara Mustafayeva, Banco.az

Nyukasl Yunayted Səudiyyə Ərəbistanına satılıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərə Premyer Liqası Səudiyyə Ərəbistanına məxsus şirkətlərdən təşkil olunmuş konsorsiumun Nyukasl Yunayted klubunu satın almasına dair razılıq əldə olunduğunu açıqlayıb.

Premyer Liqadan edilən açıqlamaya görə, Nyukasl Yunayted futbol klubunun Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF), PCP Capital Partners və RB Sports&Media-dan ibarət konsorsiuma satılması ilə bağlı bir müddətdir ki, davam edən fikir ayrılıqlarının nəticələndiyi məlum olub.

Qeyd edək ki, təqribən 300 milyon funt sterlinq (400 milyon dollar) dəyərindəki satınalma 18 aya yaxındır ki, səlahiyyətli şəxslərin təsdiqini gözləyirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et