İngilis ərzaq mağazaları şəbəkəsi iflas elan edəcək | Banco.az

İngilis ərzaq mağazaları şəbəkəsi iflas elan edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngilis endirimlər şəbəkəsi olan “Wilko” cümə axşamı iflas elan edəcək.

Banco.az xəbər verir ki, Böyük Britaniyada yerləşən “Wilko” endirimli supermarketlər şəbəkəsinin minlərlə işçisinə şəbəkənin iflasa uğradığını elan edəcəyi bildirilir.

Məlumatlı mənbələrin dediyinə görə, 400 mağazaya sahib ingilis firma son anda alıcı tapılmazsa, cümə axşamı səhər iflas proseduruna başlayacaq.

“Wilko” bundan əvvəl yeni maliyyə vəsaiti axtarışında “PricewaterhouseCoopers” şirkəti ilə razılığa gəlmişdi, lakin alqı-satqı prosesi başa çatdırılmamışdı.

Qeyd edək ki, pandemiya və daha sonra da İngiltərədəki yaşayış böhranının təsirinə məruz qalan ərzaq mağazaları şəbəkəsindən hələ ki, sonuncusu olan “Wilko”nun hazırda 12 min işçisi var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram