İngilis enerji nəhəngi 6,2 milyard dollar mənfəət əldə edib | Banco.az

İngilis enerji nəhəngi 6,2 milyard dollar mənfəət əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Shell” üçüncü rübdə 6,2 milyard dollar mənfəət əldə edib.

Banco.az xəbər verir ki, Britaniyanın enerji nəhəngi “Shell”in üçüncü rüb üzrə açıqladığı maliyyə nəticələrinə görə, şirkətin mənfəəti bu rübdə əvvəlki rüblə müqayisədə 22,7 faiz artıb.

İlin 2-ci rübündə 5,07 milyard dollar olan mənfəət 3-cü rübdə 6,22 milyard dollara yüksəlib. Bu artımda yüksək neft qiymətləri və emal marjaları rol oynayıb.

Digər tərəfdən, şirkətin üçüncü rüb üzrə mənfəəti ötən ilin eyni dövründəki 9,45 milyard dollarla müqayisədə 34,2 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

“Shell” həmçinin növbəti üç ay ərzində 3,5 milyard dollar dəyərində səhmləri geri alacağını da açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et