İngilis dilini öyrənmək üçün ən yaxşı onlayn resurslar | Banco.az

İngilis dilini öyrənmək üçün ən yaxşı onlayn resurslar

Müəllif: Gülnar Əhmədli, Banco.az

İngilis dilini öyrənmək istəyənlər üçün düzgün platformanın seçilməsi uğurun əldə edilməsində ən vacib addımlardan biridir. Bu məqalədə həmin platformalardan bir neçəsini təqdim edəcəyik.

Aşağıda sadaladığımız kurslar öyrənmək istəyənlər üçün qismən pulsuz təklif edilir. Həmin kurslardan pulsuz faydalanaraq biliklərinizi artıra bilərsiniz. Lakin daha dərindən öyrənmək üçün ödəniş etmək lazımdır.

Ən yaxşı pulsuz onlayn ingilis dili resurslarının siyahısı bunlardır:

1. Kütləvi açıq onlayn kurslar (MOOCs) (Dərslər müəllimlər tərəfindən tədris olunan rəsmi dərslərdir və çox vaxt nüfuzlu universitetlər və ya digər təhsil müəssisələri tərəfindən yaradılır. Kurs hər kəsə pulsuz yüksək keyfiyyətli ingilis dili öyrənməyə icazə verir).

2. Alison (Pulsuz onlayn kurslar və sertifikatları olan saytdır. Kursu bitirdikdən sonra sizə müddətdən asılı olaraq ya diplom və ya sertifikat verilir).

3. FutureLearn (Kurs ingilis dilini ingilislər kimi danışmaq istəyənlər üçündür. Bu kursla siz ingilis dilinizi təkmilləşdirdikcə Britaniya mədəniyyəti haqqında məlumat əldə edə bilərsiniz).

4. Udemy (Udemy-də bütün kurslar pulsuz deyil, lakin çoxlu sayda pulsuz kurslar var. Hətta pulsuz olmayan kurslar da olduqca münasib qiymətə təklif edilir).

5. Udacity (Əgər siz ingilis dilini orta və ya qabaqcıl səviyyədə öyrənirsinizsə və ingilis dilində başqa bir şey öyrənərkən bu dili təcrübədən keçirmək istəyirsinizsə, Udacity-ni sevəcəksiniz).

Ən sərfəli kredit üçün müraciət et

7. Duolingo (Duolingo ingilis dilini öyrənməyi qısa dərslər, skorbordlar ilə maraqlı oyuna çevirir).

8. Easy English News (Kursda aktual ingilisdilli xəbər məqalələri öyrənənlər üçün sadələşdirilmiş ingilis dilində yenidən təqdim edilir. Əgər siz ingilis dilini öyərənərkən həm də gündəmdəki hadisələrdən xəbərdar olmaq istəyirsinizsə, bu sayt sizin üçündür).

9. ESOL kursları (Kursda dinləməkdən tutmuş oxumaq və yazmaq kimi istədiyiniz bacarığı inkişaf etdirmək üçün bir çox resurslar arasından seçim edə bilərsiniz).

10. USA Learns (Başlanğıc və orta səviyyə öyrənənlər üçün video dərslər mövcuddur. Kurs ingilis dilini amerikanlar kimi danışmaq istəyənlər üçündür).

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et