İngilis bankı bitkoinlə bağlı iddialı proqnoz verib | Banco.az

İngilis bankı bitkoinlə bağlı iddialı proqnoz verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“StanChart” bitkoin ilə bağlı iddialı proqnoz irəli sürüb.

Banco.az xəbər verir ki, Britaniyanın transmilli bankı “Standard Chartered” kriptovalyutadakı ucuzlaşmanın sona çatdığını əsas gətirərək bitkoinin 2024-cü ilin sonuna qədər 100 min dollar səviyyəsinə çatacağını proqnozlaşdırıb.

Bankın Rəqəmsal Aktiv Tədqiqatları Departamentinin rəhbəri Cef Kendrik qeyd edib ki, ən dəyərli kriptovalyuta olan bitkoin hazırda bir çox amillərdən, məsələn bank sektorundakı son təlatümlərdən, Fed-in faiz artımı dövrünə son qoyması ilə bağlı riskli aktivlərin stabilləşməsindən və kriptovalyutanın gəlirliliyinin artmasından faydalana bilər.

Xatırladaq ki, bitkoin bu il indiyədək ümumilikdə 66,4% bahalaşıb, apreldə isə 10 aydan sonra ilk dəfə yenidən 30 min dollar səviyyəsini keçib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et