Müəllif: Tamara Mustafayeva, Banco.az
“Jaguar Land Rover”in yeni baş direktoru (CEO) bəlli olub.
Banco.az xəbər verir ki, Böyük Britaniyanın avtomobil istehsalçısı “Jaguar Land Rover” yeni baş direktorunun adını açıqlayıb.
Hindistanın “Tata Motors” şirkətinə məxsus olan marka CEO vəzifəsinə müvəqqəti olaraq təyin olunan Edrian Mardellin 3 il müddətinə Britaniya istehsalçısının yeni baş direktoru təyin edildiyini bildirib.
33 il boyunca “Jaguar Land Rover”də müxtəlif vəzifələrdə çalışan Mardell 2019-cu ildə şirkətin maliyyə direktoru vəzifəsinə təyin edilmişdi. Mardell “Jaguar Land Rover”in “Renault”dan transfer etdiyi Tyerri Bollorenin şəxsi səbəblərə görə istefa verməsindən sonra, noyabr ayında şirkətin müvəqqəti icraçı direktoru vəzifəsini icra etməyə başlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!