ING: Bu il neftin orta qiyməti 93 dollara çatacaq | Banco.az

ING: Bu il neftin orta qiyməti 93 dollara çatacaq

Niderlandın maliyyə qrupu olan "ING Group" 2026-cı il üçün Brent nefti üzrə proqnozunu artırıb.

Banco.az xəbər verir ki, ING 2026-cı il üzrə Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu əvvəlki qiymətləndirmə ilə müqayisədə 4 dollar artıraraq 89 dollardan 93 dollara yüksəldib.

    Bankın may ayında yenilənmiş proqnozuna əsasən, Brent neftinin orta qiymətinin 2026-cı ilin ikinci rübündə 104 dollar, üçüncü rübündə 99 dollar, dördüncü rübündə isə 92 dollar təşkil edəcəyi gözlənilir.

    Bununla belə, 2027-ci il üzrə proqnoz dəyişdirilməyib və neftin orta qiymətinin 77 dollar/barel olacağı gözlənilir.

    ING-in proqnozuna əsasən, 2027-ci ilin birinci rübündə Brent neftinin orta qiyməti 82 dollar, ikinci rübündə 79 dollar, üçüncü rübündə 75 dollar, dördüncü rübündə isə 72 dollar təşkil edəcək.

    Proqnozun yuxarı reviziyası Yaxın Şərqdə geosiyasi gərginliyin enerji bazarlarında təklif risklərini artırması ilə əlaqələndirilir.

    apa