ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6,5%-ə kimi azaldacaq | Banco.az

ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6,5%-ə kimi azaldacaq

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanda uçot dərəcəsinin 2024-2025-ci illərdə azaldılmaqda davam edəcəyini proqnozlaşdırıb.

Məlumata görə, ING Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə uçot faiz dərəcəsi üzrə proqnozunu 7,0%-dən 6,5%-ə endirib. Əvvəlki proqnozda korporasiya AMB-nin uçot dərəcəsini 2025-ci il üzrə 7,25%-dən 6,00%-ə endirəcəyini proqnozlaşdırmışdı.

ING analitikləri yeni proqnozda isə 2025-ci üzrə uçot dərəcəsinin 6,5% səviyyəsində qalacağını müəyyən edib. Bundan əlavə, ING hesab edir ki, 2026-cı ildə Mərkəzi Bank yenidən uçot dərəcəsini 1% bəndi artıraraq 7,5%-ə çatdıracaq.

Qeyd edək ki, sonuncu dəfə bu il iyunun 21-də AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Paralel olaraq beynəlxalq iqtisadi statistika portalı olan "Trading Economics" də Mərkəzi Bankın uçot faiz dərəcəsini 6,5%-ə endirəcəyini proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et