İnformasiya və rabitə sahəsində maaşlar artıb | Banco.az

İnformasiya və rabitə sahəsində maaşlar artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı 1 915,5 manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici dövlət sektorunda 1 807,8 manat, özəl sektorda isə 1 982,3 manat olub.  

2025-ci ilin eyni dövründə informasiya və rabitə sahəsində dövlət sektorunda maaşlar 1 567,6 manat, özəl sektorda isə 2 144,1 manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram