İnflyasiya və manatın məzənnəsi ilə bağlı proqnoz – AÇIQLANDI | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

İnflyasiya və manatın məzənnəsi ilə bağlı proqnoz – AÇIQLANDI

2017-ci ildə Azərbaycanda orta illik inflyasiya 9% səviyyəsində olacaq. Bu proqnozu "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında təşkilatın mütəxəssisləri səsləndirib.

Mütəxəssislər qeyd edir ki, 2018-ci ildə orta illik inflyasiya 5%-dək geriləyəcək.

Qeyd edək ki, 2016-cı ildə orta illik inflyasiya 12,4% təşkil edib.

Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu il orta illik inflyasiya 7,3% olacaq.

"Fitch"in proqnozlarına əsasən, 2017-ci ildə  manatın dollara nisbətən orta illik məzənnəsi 1,76 səviyyəsində, 2018-ci ildə 1,7 səviyyəsində olacaq.

Agentliyin mütəxəssisləri bu il neftin 1 barelinin orta qiymətinin 45 dollar olacağını, 2018-ci ildə isə 55 dollar olacağını proqnozlaşdırır.

Mənbə: Apa.az