İnflyasiya: əmanətçilər üçün arzuolanmaz hal | Banco.az

İnflyasiya: əmanətçilər üçün arzuolanmaz hal

Bildiyiniz kimi, AR Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi vergidən azaddır.

Yəni, başqa sözlə faiz gəliri 500 manatdan çox olduğu halda gəlirdən vergi tutalacaq. Vergi Məcəlləsinin 123-cü maddəsinə əsasən 500 manatdan artıq olan faiz gəlirindən 10 faiz dərəcəsi ilə vergi tutulur. İndisə əmanətçilər üçün inflyasiyanın nə üçün arzuolunmaz olmasına nəzər yetirək.

İki halı nəzərdən keçirək. 1-ci dəfə fərz edək ki, faiz dərəcəsi 12 faiz, inflyasiya isə 8 faiz təşkil etmişdir. 12 faiz dərəcəsi olduqda ondan biri 1,2 təşkil edəcək və inflyasiyanı çıxsaq real faiz dərəcəsi yalnız 2,8 faiz təşkil edəcək. İndi isə inflyasiyanın olmadığını və real faiz dərəcəsinin 4 faiz olduğunu qəbul edək. Bu halda 4 faizin onda biri 0,4 olacaq ki, əmanət qoyan şəxsin gəlirini 3,6 faiz təşkil edəcək. 1-ci və 2-ci dəfədə qeyd edilən halları müqayisə müqayisə etdikdə fərqli nəticələr alınır.

Ən sərfəli kredit üçün müraciət et

Burdan belə nəticə alınır ki, inflyasiya olduqda əmanətçidən daha çox vergi tutulur. Buna görə də Vergi Məcəlləsinin indeksləşdirilməsi zəruridir

Xəyal Ismayılov, Banco.az