İnesta və Jerar Pike hansı sahələrə yatırım edirlər? | Banco.az

İnesta və Jerar Pike hansı sahələrə yatırım edirlər?

Andres İnesta, İspaniya

Barcelona heyətindən ayrılan Andres İnesta karyerasını Yaponiyada davam etdirmək niyyətindədir. O, dəyəri 90 milyon evro olan üç illik müqavilə imzalayıb.

Barcelonanın keçmiş yarım müdafiəçisi İnestanın pivə biznesi var. Bir neçə il əvvəl İnesta İspaniyada doğma şəhəri Fuentealbellada 10 milyon evro dəyərində üzüm sahəsi alıb. Sahib olduğu müəssisə hər il Bodega Iniesta brendi adı altında 700 000 içki satır. Burda yetişdirilən sortlardan birinin adını qızının şərəfinə Valeria adlandırıb. İstehsal olunan pivələr yalnız İspaniya deyil, o cümlədən Almaniya və Britaniyada satışdadır.

Bundan əlavə məhşur futbolçunun 2013-cü ildən bəri sahib olduğu zeytun yağı (Corazon Loco Oil) biznesi, Maresyterey SL şirkəti var, hansı ki, şirkət kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğuldur.

Futbolçunun biznesi yalnız bunlarla kifayətlənmir. Yaxın zamanlarda verilən məlumata görə, İnestanın sahib olduğu Maresyterey şirkəti Mataro adlanan ərazidə 11,5 milyon evro dəyərində torpaq sahəsi alaraq orada yaşayış kompleksi tikdirmək istəyir.

Jerar Pike, İspaniya

Ən sərfəli kredit üçün müraciət et

Barcelonanın əsas heyətində oynayan Jerar Pike də bizneslə məşğul olan futbolçular arasında yer alır. O, öz oyunu Golden Manager adlı oyunu yaratmaq üçün dəyəri 500 000 evro olan Kerad Games adlı şirkəti təsis edib. Oyun təqdim olunduğu ilk 24 saatda yüklənmə sayına görə App Store-da ilk sıraya yüksələ bilmişdi.

Kerad Games şirkətinin bir digər layihəsi ispan dilli viktorina oyunu olan Trivia League-dır.

2010-cu ildə Pike 60 000 evroya hamburgerlər üçün kotlet hazırlayan Natrus adlı müəssiənin  səhmlərini alıb. Hal-hazırda Pike 33% həmin şirkətin səhmlərinə sahibdir. Futbolçu 426 Miles adlı izotonik içkilərə də yatırım edib və hal-hazırda həmin şirkətin 40% səhminə sahibdir.

2013-cü ildə Pike özünün Kerad 3 Invest fondunu yaratdı. 2016 isə Kypers eynək şirkətinin 40% səhmini alaraq, zamanla hissə payını yüksəldərək 62%-ə çatdırdı. Hal-hazırda o, şirkətin əsas səhmdarıdır. Bundan əlavə Jerar dünya üzrə tanınan tennis turniri təşkil etmək niyyətindədir. Xatırladaq ki, Jerar Pike dünyaca məhşur müğənni Şakiranın həyat yoldaşıdır.

Nəcibə Yusifova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et