İndoneziyada əhali koronavirusa qarşı pulsuz peyvəndlə təmin ediləcək | Banco.az

İndoneziyada əhali koronavirusa qarşı pulsuz peyvəndlə təmin ediləcək

Təxminən 98 milyon az gəlirli indoneziyalı koronavirus peyvəndini pulsuz alacaq.

Bunu ölkənin Elmi Tədqiqatlar, Texnologiya və Ali Təhsil naziri Bambanq Brojoneqoro deyib.

"Təxminən 97-98 milyon nəfərdən ibarət dövlət sosial proqramının iştirakçıları dərmanı pulsuz alacaqlar", - qurum rəhbəri bildirib.

Hazırda respublikanın müxtəlif qurumları və elmi institutları gələn ilin ortalarında kütləvi istehsala buraxıla biləcək peyvənd hazırlayır. Prezident Coko Vidodonun imzaladığı fərmanına görə, bu məqsədlərə büdcədən təxminən 2,5 milyard dollar ayrılıb.

Trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et