İndoneziya hakimiyyəti “iPhone 16”nın satışına icazə üçün “Apple”dan 1 milyard dollar tələb edir | Banco.az

İndoneziya hakimiyyəti “iPhone 16”nın satışına icazə üçün “Apple”dan 1 milyard dollar tələb edir

Müəllif:Ayşən İmanova/Banco.az

“Apple”, şirkətin yerli iqtisadiyyata sərmayə qoymaması səbəbindən “iPhone 16”nın satışını qadağan edən İndoneziya hökuməti tərəfindən ciddi problemlə üzləşib.

Banco.az xəbər verir ki, İndoneziya “Apple”ın sərmayəsini 10 milyon dollardan 100 milyon dollara yüksəltmək təklifinə cavab olaraq məbləğin 1 milyard dollara çatdırılmasını tələb edib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, şirkət ilkin olaraq İndoneziyada developer akademiyasına 109 milyon dollar, yerli istehsala isə daha 10 milyon dollar sərmayə qoyub. Lakin hökumət iddia edir ki, “Apple” yalnız 95 milyon dollar xərcləyərək vədlərini yerinə yetirməyib. Nəticədə ölkədə “iPhone 16”nın satışı qadağan edilib.

İndoneziya hökuməti bu həftənin sonuna qədər “Apple”dan 1 milyard dollarlıq investisiya öhdəlikləri alacağını gözləyir.

Qeyd edək ki, təxminən 280 milyon əhalisi olan İndoneziya “Apple” üçün mühüm inkişaf bazarıdır.