Müəllif: Tamara Mustafayeva, Banco.az
İndoneziya Mərkəzi Bankı faiz dərəcəsini 25 baza bəndi azaldıb.
Banco.az xəbər verir ki, İndoneziya Mərkəzi Bankı üç ildən artıq müddətdə ilk dəfə olaraq uçot dərəcəsini gözlənilmədən azaldıb.
Bank uçot dərəcəsini 25 baza bəndi azaldaraq 6 faizə endirib.
“Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların proqnozları faiz dərəcəsinin 6,25 faiz səviyyəsində sabit saxlanılması istiqamətində idi.
Xatırladaq ki, İndoneziya Mərkəzi Bankının sədri Perri Uorjiyo ötən ay bankın dördüncü rübə qədər gözləyəcəyini bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!