İndiyədək dünya bazarında Azərbaycanın payına düşən 232 mln. ton mənfəət nefti satılıb | Banco.az

İndiyədək dünya bazarında Azərbaycanın payına düşən 232 mln. ton mənfəət nefti satılıb

Xəzər dəniznin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsindən ("AÇG" layihəsi, "Əsrin Müqaviləsi") işlənmənin əvvəlindən 2017-ci il yanvarın 1-dək 416,5 mln. ton neft və 128,2 mlrd. kubmetr qaz hasil edilib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə “Respublika” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda həmin yataqlardan ayda 2,6 mln. ton neft və 1 mlrd. kubmetrdən çox qaz hasil olunur: “Artıq 18 ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edir. 2017-ci il yanvarın 1-dək dünya bazarında Azərbaycanın payına düşən 231,8 mln. ton mənfəət nefti satılıb. Mənfəət neftinin həcmi ilbəil artır. 2016-cı ildə dünya bazarında satılmış 32,7 mln. ton neftin 19,3 mln. tonu, yəni 59%-i Azərbaycanın payına düşən mənfəət nefti olub”.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət rəsmisi qeyd edib ki, bu il yanvarın 1-dək dünya bazarına 435,4 mln. ton Azərbaycan nefti çıxarılıb və bunun 321,7 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.

Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. "AÇG" layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et