İndiyə qədər ən çox gəlir gətirən 10 animasiya filmi | Banco.az

İndiyə qədər ən çox gəlir gətirən 10 animasiya filmi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Nağıllardan tutmuş ailələrin sevimli franşizalarına qədər animasiya filmləri nəsillər boyu tamaşaçıları valeh edib və kassalarda milyardlarla dollar qazandırıb.

Banco.az xəbər verir ki, bəs qlobal miqyasda ən çox gəlir gətirən sevilən animasiya filmləri hansılardır? 

Gəlin bu vaxta qədərki ən çox gəlir əldə edən 10 animasiya filmini birlikdə öyrənək.

Qeyd edək ki, 2023-cü ildən əvvəlki rəqəmlər inflyasiyaya uyğunlaşdırılıb və bütün məbləğlər ABŞ dolları ilə göstərilib.

10. Minions (2015) – 1,56 milyard dollar

Əyləncəli Minionlar bu franşizanın ən uğurlu filmi olaraq dünya üzrə 1,56 milyard dollar gəlir əldə ediblər.

9. Toy Story 3 (2010) – 1,56 milyard dollar

Vudi və dostlarının üçüncü sərgüzəştində film ilinin ən çox gəlir gətirən animasiyası olub.

8. Shrek 2 (2004) – 1,57 milyard dollar

Şrekin ikinci filmi ən uğurlu hissə olaraq 1,57 milyard dollarlıq gəlirlə yadda qalıb.

7. Incredibles 2 (2018) – 1,58 milyard dollar

14 illik fasilədən sonra geri dönən “Qeyri-adi ailə” filmi böyük uğur qazanıb ki, üçüncü hissəsi də hazırlanma mərhələsindədir.

6. Finding Nemo (2003) – 1,63 milyard dollar

Nemonu tapmaq üçün başlayan səmimi axtarış hekayəsi Pixar-ın ən uğurlu filmlərindən birinə çevrilib.

5. Inside Out 2 (2024) – 1,69 milyard dollar

Rileyin emosional dünyasına qayıdış rekord qıraraq Pixar tarixinin ən gəlirli filmi olub.

4. The Lion King (1994) – 1,7 milyard dollar

Əfsanəvi “Kral Şir” filmi klassik statusunu möhkəmləndirərək ilin ən çox baxılan animasiyası olub.

3. Frozen (2013) – 1,79 milyard dollar

“Let It Go” mahnısı ilə dünya miqyasında fenomenə çevrilən bu film 1,79 milyard dollar gəlir gətirib.

2. Frozen II (2019) – 1,8 milyard dollar

İkinci hissə birincini geridə qoyaraq indiyədək ən uğurlu animasiya davam filmlərindən biri olub.

1. Ne Zha 2 (2025) – 2,13 milyard dollar

Çinin bu filmi animasiya tarixində ilk dəfə 2 milyard dollar həddini keçərək birinci yerə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram