ABŞ-ın sanksiyalarından qorunmaq üçün getdikcə daha çox rusiyalı biznesmen pullarını Rusiyaya qaytarmağa məcbur olurlar. Artıq bu ilin aprelindən etibarən Rusiyanın bir sıra iri biznesmenləri öz aktivlərin ABŞ və Avropa banklarından çəkərək Rusiya banklarına köçürür.
Bundan başqa, iş adamları çalışırlar ki, öz hesablaşmalarında ABŞ valyutasından maksimum az istifadə etsinlər. Bundan başqa, rusiyalı ixracatçılar öz kreditorları ilə münasibətlərdə də dollarla deyil, rubl və başqa valyutalara üstünlük verirlər.
Agentlik bildirir ki, Rusiya hökumətinin şirkətləri ABŞ sanksiyalarından qorumaq üçün geniş planı olmadığına görə, biznesmenlər özləri bu barədə tədbir görməyə başlayıblar.
Rusiya banklarındakı son göstəricilər də pulların ABŞ və Avropadan Rusiyaya keçirildiyini göstərir. Belə ki, «Sberbank»ın məlumatına görə, yanvar-avqust aylarında bankda şirkətləin depozitlərinin həcmi 17% artıb ki, bu da aktivlərin Rusiyaya qaytarılmasını göstərir.
fed.az