Bolkart Azərbaycanlı kredit kart istifadəçiləri arasında ən geniş yayılmış taksit kartıdır. Kart bazara 2011-ci ilin oktyabr ayında daxil olmuşdur və bu il artıq 3 yaşını qeyd edəcək.
Ürəyiniz istədiyi geyim, aksessuar, kitab və ya hədiyyəni nağd almağa imkanınız çatmayanda Bolkart sizin köməyinizə çatar. Axı həyat gözlənilməzdir və “pul isə heç zaman lazımi qədər olmur”. Məsələn, təsdüfən harasa dəvət alır və əliboş getmək istəmirsiniz. Beləliklə
- Tanınmış brend dükanlardan istədiyiniz hədiyyəni ala bilər,
- Sentyabrda öz qarderobunuzu təzələyə bilər,
- Arzuladğınız insanı dəbdəbəli bir restoranda qonaq edə bilər,
- Xarici və yerli tur paketini belə hissə-hisə ödəmək imkanı ilə ala bilərsiniz.
Bolkartın yaratdığı imkanlar həqiqətən genişdir və sadaladıqlarımız hələ son deyil
Kartın başlıca üstünlükləri:
Kart pulsuzdur və Bolkartla dünyanın istənilən ölkəsində alış-veriş etmək olar
Bu kartı elə indi Banco.az portalında sifariş edə bilərsiniz:
Partnyor dükanlarda və xidmət şəbəkəsində kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək olar
Ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın müddəti ərzində dəfələrcə istifadə oluna bilər
Məsələn, kartınızın 1500 AZN limiti var. Siz 36 manatlıq alış veriş, 6 aylıq taksitlə verilən məhsulla alsanız, onda ayın 1-dən 10-a qədər olan müddətdə 6 manat ödəniş etməyiniz kifayət edəcək. Bu altı manat yenindən sizin limitiniz üzərinə əlavə olunacaq. (Əgər limitin 1500 AZN olarsa, alış verişdən sonra kartınızda, 1464 AZN qalır, növbəti ayın 1-dən 10-a qədər 6 manat ödəyirsiniz və limitiniz 1470 manat olacaq.
- Bolkart-Mastercard ilə həm ölkə xaricində, həm də internetdə ödənişlər etmək mümkündür
- Kartda quraşdırılan çiplər nəticəsində kart daha təhlükəsiz ödəniş etmək imkanı verir.
- Balans limiti 5000-ə qədərdir.
Bolkartın balansı
Kartın limiti müştəridən və onun aid olduğu seqmentdən asılı olaraq müəyyən edilir.
Misal üçün: ali məktəb tələbələrinə 500 AZN məbləğində, bankda əmanəti olan müştərilərə 1000 AZN-dək Bolkart rəsmiləşdirilə bilər. Dövlət və özəl müəssisələrdə çalışan yeni müştərilər, həmçinin təqaüdçülər üzrə məbləğ müvafiq olaraq müştərinin aylıq əmək haqqına (maks. 3 misli) və ya təqaüdə (maks. 2 misli) əsasən, bankın təkrar müştəriləri üçün isə məbləğ bankdakı kredit tarixçəsinə əsasən təyin edilir və maksimum məbləğ 5000 AZN-dən artıq təşkil edə bilməz.
Digər dükanlarda isə istifadə edilən məbləği gələn ayın 10-a qədər faizsiz geri ödəyə bilərsiniz. Növbəti ayın 10-na qədər ödəməsəniz, hər ayın 11-dən etibarən qalıq borc məbləğinə müqavilədə göstərilən həcmdə (2,5%) əlavə komissiya hesablanır və hesablanmış komissiya növbəti ayın 10-na qədər tam ödənilməlidir. Bu zaman Sizin bankdakı kredit tarixçəniz korlanmır və kartın bitmə müddəti, üstəgəl 12 ay ərzində Siz borc öhdəliyinizi bağlamalısınız.
Əlavə informasiya üçün Bolkartın facebook səhifəsinə və saytına - http://www.bolkart.az/ müraciət edin.