Müəllif - Aida İsaq, Banco.az
Dubay, Mayami və Sinqapur koronavirus pandemiyası zamanı immiqrant milyonerlərin sayına görə dünya lideri olublar.
Banco.az xəbər verir ki, məlumata görə, Cənub-Şərqi Asiya və Yaxın Şərqdən, eləcə də Rusiyadan olan varlı sahibkarlar Dubaya, Pekindən Sinqapura, Nyu-Yorkdan Mayamiyə köçüblər. Eyni zamanda, 2023-cü ildə ən çox Dubay, Mayami və Sinqapurda dəbdəbəli daşınmaz əmlakın bahalaşması gözlənilir.
İmmiqrant milyonerlərin sayına görə birinci yer iqtisadi elitanın 250 min nümayəndəsinin yaşadığı Sinqapura məxsusdur. İkinci yerdə varlı şəxslərə “qızıl viza” verən Dubay qərarlaşıb. Mühacirlərin sayəsində şəhərin tikinti biznesi sürətlə inkişaf edir. İlk üçlüyü Mayami tamamlayır. Buraya milyonçuların köçməsinin əsas səbəbi aşağı vergilər, yaxşı iqlim şəraiti və digər üstünlüklərdir.
Bizi sosial şəbəkələrdən izləyin!!