Beynəlxalq Valyuta Fondu (, BVF,IMF), ABŞ Prezidenti Donald Trampın Fed-i faiz endirməyə çağırması kimi addımlarının pul siyasəti səhvlərinə gətirib çıxarsa, ABŞ iqtisadiyyatı üçün "təhlükəli" nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Fondun valyuta və sərmayə bazarları üzrə direktoru Tobias Adrian, Trampın Fed-ə ünvanlanmış son tənqidinə dair suala cavabında, "Mərkəzi Bankın müstəqilliyinin zəiflədilməsi təhlükəli olacaq" deyib.
Adrian, "Dünyanın ən böyük iqtisadiyyatının mərkəzi bankı çox müstəqil bir təşkilat olaraq yaradılıb. Fed üzvləri və sədri uzun illərdir Prezidentin təklifi ilə Senat tərəfindən təyin edilməkdədir. Buna baxmayaraq, Fed-də, siyasətçilərin çağırılarına əməl etməmək dərin bir şəkildə kök salmış vəziyyətdədir" deyib.
Tramp Fed-i dəfələrlə ABŞ iqtisadiyyatını dəstəkləmək üçün daha çoxunu etməməkdə tənqid edib. ABŞ Prezidenti keçən həftə, Fed-i faizi endirməyə və monetar genişləmə olaraq adlandırılan istiqraz alışı proqramını təkrar tətbiq etməyə çağırdı. Prezidentin Fed-in siyasətini dəyişdirməyə yönəlmiş digər bir addımı isə, Fed-in İdarə Heyətinə özünə bağlı iki adı təyin etmək istədiyini söyləməsidir. Onlar, bir pizza şirkətinin sabiq rəhbəri Herman Cain və mühafizəkar bir təşkilat olan "Heritage Foundation"un rəhbəri Stephen Moore-dur.
Fed keçən aykı iclasında faizi dəyişdirmədi və Trampın 2018-ci ildə təyin etdiyi sədr Jerome Powell, faizlərin, qlobal risklərin iqtisadiyyat üzərində təzyiq meydana gətirməsi və inflyasiyadakı durğunluğun davam etməsinə görə bir müddət sabit saxlanacağını söylədi.
Adrian, IMF-nin Fed-in pul siyasətini dəstəklədiyini ifadə edib.
marja