IMF qlobal iqtisadi artımla bağlı proqnozlarını azaldıb | Banco.az

IMF qlobal iqtisadi artımla bağlı proqnozlarını azaldıb

Beynəlxalq Valyuta Fondu (IMF) qlobal ümumi daxili məhsul (ÜDM) istehsalının bu il 3,2 %, gələn il isə 2,9 % artacağını proqnozlaşdırır.

Bu barədə IMF-in “World Economic Outlook Update-2022” hesabatının iyul sayında bildirilir.

Sənədə əsasən, bu isə 2021-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə müvafiq olaraq 2,9 faiz bəndi və 3,2 fazi bəndi azdır.

IMF bu il inkişaf etmiş ölkə iqtisadiyyatlarının 2,5 % (2021-ci ildəki proqnozdan 2,7 faiz bəndi az), inkişaf etməkdə olan iqtisadiyyatların isə 3,6 % (3,2 faiz bəndi az) böyüyəcəyini gözləyir. Valyuta Fondu 2023-cü ildə isə müvafiq olaraq 1,4 % (3,8 faiz bəndi az) və 3,9 % (2,9 faiz bəndi az) artım proqnozlaşdırır.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et