Qafqaz və Mərkəzi Asiya (CCA) ölkələrində uçot dərəcəsinin 1 faiz bəndi artırılması birinci ildə inflyasiyanın 0,5 faiz bəndi azalması ilə nəticələnir.
Beynəlxalq Valyuta Fondunun (IMF) araşdırmasına istinadən xəbər verilir ki, region ölkələrinin inflyasiya təzyiqlərinin qarşısını almaq və inflyasiya gözləntilərini dəstəkləmək bacarığı onların pul-kredit siyasətinin etibarlılığından və effektivliyindən asılıdır.
“Ötən əsrin 90-cı illərində müstəqillik əldə etdikdən sonra CCA regionu ölkələri pul-kredit siyasətlərinin modernləşdirilməsində mühüm irəliləyişlər əldə ediblər. CCA mərkəzi bankları qanunvericilik bazalarını gücləndirib və de-yure geniş müstəqillik müəyyənləşdiriblər. Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan inflyasiya hədəfləmə rejiminə keçirlər. Azərbaycan, Tacikistan və Türkmənistanın mərkəzi bankları isə əməliyyat hədəf göstərəcisi kimi valyuta məzənnəsinə güvənirlər. Bununla belə, COVID-19-dan sonra inflyasiyadakı sıçrayış mövcud əsasların məhdudiyyətlərini üzə çıxarıb və CCA ölkələrində pul-kredit siyasətinin effektivliyinin artırılması zərurəti barədə yeni siyasi müzakirələrə səbəb olub”, - araşdırmada deyilir.
IMF iqtisadçılarının fikrincə, qiymət sabitliyi pul-kredit siyasətinin əsas məqsədi olmalıdır (ən azı ortamüddətli perspektivdə). Əksər mərkəzi banklar qiymət sabitliyini əsas məqsəd kimi qəbul edirlər və pul-kredit siyasətinin ortamüddətli real dəyişikliklərə təsir etmək imkanının məhdud olduğunu danmırlar.
report
Bizi sosial şəbəkələrdən izləyin!!