IMF: "Azərbaycan iqtisadiyyatı ortamüddətli dövrdə ildə 2,5 % artacaq | Banco.az

IMF: "Azərbaycan iqtisadiyyatı ortamüddətli dövrdə ildə 2,5 % artacaq

Azərbaycanın ÜDM artımı ortamüddətli perspektivdə ildə orta hesabla 2,5 % səviyyəsində proqnozlaşdırılır.

Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur mətbuat konfransında  deyib.

"2025-ci ildə artım tempi 2024-cü illə müqayisədə yavaşlayaraq 3 %-ə çatacaq, çünki karbohidrogen sektoruna dövlət investisiyaları tədricən azalır. Ortamüddətli perspektivdə iqtisadi artım ildə orta hesabla 2,5 % səviyyəsində proqnozlaşdırılır. İnflyasiya nəzarət altındadır və Mərkəzi Bankın müəyyən etdiyi hədəf göstəriciləri daxilindədir", - C.Azur bildirib.

O qeyd edib ki, ticarətdə profisitin azalması ölkənin xarici iqtisadi mövqelərinə təsir göstərəcək.

"Risklər nisbətən balanslaşdırılmış olaraq qalır. Risk faktorlarından biri neft və qazın mümkün ucuzlaşması, digəri isə hər hansı gərginliyin artması və bunun ümumi iqtisadi vəziyyətə təsir göstərə bilməsi ilə bağlıdır. Bununla yanaşı, qeyri-karbohidrogen sektorundakı fəaliyyətin natamamlığı da iqtisadiyyata mənfi təsir göstərə biləcək problem yaradır", - IMF-nin nümayəndəsi əlavə edib.

report