İlon Maskın yeni ətri satışa çıxıb | Banco.az

İlon Maskın yeni ətri satışa çıxıb

Tamara Mustafayeva, Banco.az

İlon Mask "Burnt Hair" (Yanmış Saç) adı ilə bazara çıxardığı yeni ətrin satışa başladığını elan edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "SpaceX" və "Tesla" CEO-su İlon Mask digər şirkəti "The Boring Company" vasitəsilə bazara maraqlı bir məhsul çıxarıb.

Şirkət yanmış saç qoxulu yeni ətir hazırlayıb. Mask "dünyanın ən gözəl qoxusu" adlandırdığı sözügedən ətrin satışa çıxarılmasından sonra rəsmi "Twitter" səhifəsinin bioqrafiya hissəsini "ətir satıcısı" olaraq yeniləyib.

Dünən axşam "Twitter" hesabında açıqlama verən iş adamı məhsulun satışa çıxmasından sonra ümumi satışın 10 minə çatdığını bildirib.

Xatırladaq ki, o, yeni məhsulu ilk dəfə oktyabrın 9-da elan etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram