İlon Maskın “xAI” startapı 6 milyard dollar vəsait cəlb edib | Banco.az

İlon Maskın “xAI” startapı 6 milyard dollar vəsait cəlb edib

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı milyarder İlon Maskın süni intellekt (AI) startapı “xAI” nəhəng investorlar “Andreessen Horovitz” və “Sequoia Kapital” tərəfindən dəstəklənən “B” seriyasının maliyyələşdirmə turunda 6 milyard dollar maliyyə vəsaiti cəlb edib.

Banco.az xəbər verir ki, bu vəsait “xAI”nin ilk məhsullarının bazara çıxarılmasına, qabaqcıl infrastrukturun yaradılmasına və gələcək texnologiyaların tədqiqi və tətbiqinə sərf olunacaq.

“Gələcək həftələrdə elan edəcəyimiz daha çox yeniliyimiz olacaq”,- deyə İlon Mask maliyyələşdirmə elanına cavab olaraq “X” platformasındakı paylaşımında yazıb.

Qeyd edək ki, Maskın “xAI” startapı son maliyyələşdirmə turundan sonra maliyyə resurslarının həcmini açıqlamasa da, digər media orqanları daha əvvəl şirkətin 18 milyard dollardan 24 milyard dollara qədər vəsaiti ola biləcəyi iddiasını irəli sürmüşdü.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram