İlon Maskın "Twitter"in alması ilə bağlı razılaşması təhlükə altındadır | Banco.az

İlon Maskın "Twitter"in alması ilə bağlı razılaşması təhlükə altındadır

Amerikalı sahibkar İlon Maskın "Twitter" sosial şəbəkəsinin alınması ilə bağlı razılaşması "ciddi təhlükə altındadır".

Bu barədə "The Washington Post" qəzeti xəbər verib.

Məlumata əsasən, iş adamının köməkçiləri belə nəticəyə gəliblər ki, təxminən neçə "Twitter" hesabının saxta olduğunu və ya toplu reklam mesajları göndərmək üçün istifadə edildiyini müəyyən edə bilmirlər. Onlar hesab edirlər ki, sosial şəbəkə rəhbərliyi bu məlumatı açıqlamağa çalışmır.

Bildirilib ki, bu baxımdan, İ.Maskın şəbəkənin perspektivlərini biznes nöqteyi-nəzərindən qiymətləndirmək üçün yəqin ki, kifayət qədər məlumatı yoxdur.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram