İlon Maskın tviti Bitkoinin qiymətini ucuzlaşdırdı | Banco.az

İlon Maskın tviti Bitkoinin qiymətini ucuzlaşdırdı

Tamara Mustafayeva, Banco.az

İlon Maskın "qırılmış ürək" emojisi Bitkoini ucuzlaşdırıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, milyarder iş adamı İlon Mask Bitkoinin dəyərdən düşməsinə səbəb olan tvitlərinə davam edir. Belə ki, Maskın rəsmi Twitter səhifəsindən "qırılmış ürək" emojisi ilə birlikdə yayımladığı Bitkoinlə əlaqədar tvit bu kriptovalyuta növünün qiymətinin 37 min dollar səviyyələrinə qədər geriləməsinə səbəb olub.

Sözügedən tvitdən sonra Bitkoin 4%-ə yaxın dəyər itkisi ilə 37 min 790 dollardan icra edilib. 

Qeyd edək ki, Maskın bu mövqeyi onun artıq Bitkoinə maraq göstərməyəcəyi kimi dəyərləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et