İlon Maskın şirkəti ilkə imza atdı: İnsan beyninə çip yerləşdirdi | Banco.az

İlon Maskın şirkəti ilkə imza atdı: İnsan beyninə çip yerləşdirdi

Müəllif:Mehin Qasımova/Banco.az

Yanvarın 28-də sahibkar İlon Maskın neyrotexnologiya şirkəti Neuralink ilk dəfə olaraq insan beyninə implant yerləşdirib.

Banco.az xəbər verir ki, bu barədə Mask özünün “X” hesabında paylaşım edib.

Qeyd olunur ki, ilk məlumatlara görə, cihazın performansı perspektivli görünür.

Sahibkar əlavə edib ki, Neuralink-in ilk məhsulu Telepatiya adlanır. 

"İlk istifadəçilər üzvlərinə nəzarəti itirmiş insanlar olacaq.Təsəvvür edin ki, Stiven Hokinq sürətli makinaçıdan və ya auksionçudan daha sürətli özünü ifadə edə bilər. Məqsəd budur", -  deyə milyarder izah edib.

Neuralink startapı Mask tərəfindən 2016-cı ilin iyulunda yaradılıb. Şirkət insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır. Biznesmen hesab edir ki, bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə kömək edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et