İlon Maskın sərvəti rekord vurdu | Banco.az

İlon Maskın sərvəti rekord vurdu

Tamara Mustafayeva, Banco.az

Dünyanın ən varlı insanı olan İlon Maskın sərvəti "Blomberg Milyarderlər İndeksi"nə görə 335 milyard dollara çatıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Tesla" və "SpaceX" şirkətlərinin CEO-su İlon Maskın şəxsi sərvəti 24 milyard dollar artımla 335 milyard dollara yüksəlib. İş adamı həmçinin 300 milyard dollarlıq sərvətə sahib olan ilk insan kimi də tarixə adını yazdırıb.

Bu artımla birlikdə hazırda Maskın sərvəti sözügedən siyahının 10-cu pilləsində qərarlaşan "Berkshire Hathaway" şirkətinin sahibi, tanınmış investor Varren Baffettin 104 milyard dollarlıq sərvətindən 3 dəfə çoxdur. Bununla yanaşı, İlon Mask ana yurdu Cənubi Afrikanın ötən il əldə etdiyi ümumi milli gəlirdən (301.9 milyard dollar) daha çox pula sahibdir. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 50 yaşlı milyarderin sərvətinin artmasında elektromobil istehsalçısı "Tesla"nın 8,5%-lik yüksəlişi rol oynayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et