İlon Maskın sərvəti bir gündə 10 milyard dollar artıb | Banco.az

İlon Maskın sərvəti bir gündə 10 milyard dollar artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünən “Tesla”nın rekord gəlir və mənfəət açıqlamasından sonra şirkət səhmləri 11 faiz bahalaşıb.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı “Tesla” dünən proqnozlardan çox gəlir və mənfəət əldə etdiyini elan edib. Belə ki, şirkət 2022-ci ilin yekun rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37 faiz daha çox olmaqla 24,3 milyard dollar gəlir qazanıb.

“Tesla”nın mənfəəti də ötən ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 59 faiz artaraq rekord səviyyəyə – 3,7 milyard dollara çatıb. 

Bununla da, şirkət 2022-ci ildə xalis mənfəətini iki dəfə artıraraq 12,6 milyard dollara, gəlirləri isə 51 faiz artaraq 81,5 milyard dollara çatdırıb.

Beləliklə, “Tesla”nın bazar dəyəri də 46,1 milyard dollar artaraq 456,1 milyard dollardan 502,2 milyard dollara yüksəlib. Şirkət səhmlərinin 13,4%-nə sahib olan CEO İlon Mask isə sərvətini cəmi 1 gündə 10,1 milyard dollar artırıb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda Maskın sərvəti “Forbes”ə görə 170,1 milyard dollar, “Bloomberg”ə görə isə 156 milyard dollar təşkil edir və o, hər iki siyahıda da LVMH-nin sahibi fransız Bernard Arnodan sonra dünyanın ikinci ən varlı insanıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et